Təyyarə eniş zamanı avtomobilə ÇIRPILDI – VİDEObackend

Təyyarə eniş zamanı avtomobilə ÇIRPILDI - VİDEO

Kanadanın Britaniya Kolumbiyası ştatında “Cessna 182” təyyarəsi qəzaya uğrayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Bildirilib ki, Lenqli şəhərində “Cessna 182” eniş zamanı hava limanından kənarda yerləşən magistral yolda hərəkət edən pikapın damına çırpılıb.

Toqquşma nəticəsində təyyarə yanıb.

Təyyarədə olan pilot və sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*