The Telegraph: “III Çarlz ilk xarici səfərini Fransaya edəcək”backend

The Telegraph: "III Çarlz ilk xarici səfərini Fransaya edəcək"

Böyük Britaniya Kralı III Çarlz oktyabrda Fransaya səfər etməyi planlaşdırır. 

KONKRET.az xəbər verir ki, bu barədə  “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, bu, Kralın ilk xarici səfəri olacaq. Onun səyahət planına Almaniya da daxil ola bilər.

Nəşr qeyd edir ki, III Çarlz və Fransa Prezidenti Emmanuel Makron Afrika qitəsinin yaşıllaşdırılması layihəsini dəstəkləyir.

Bundan əlavə, onun 2023-cü ilin yazında Avstraliya və Yeni Zelandiyaya da səfəri planlaşdırılır.

Qeyd edək ki, III Çarlz sentyabrın 10-da Böyük Britaniyanın kralı elan edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*