TikTok-da pul qazanan məşhurlar – SİYAHIbackend

TikTok-da pul qazanan məşhurlar - SİYAHI

Bir neçə müddətdir TikTok video paylaşım platformasına Azərbaycan şou-mədəniyyət üzvləri axın edir.

KONKRET.az xəbər verir ki, onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayım açır, dostları ilə onlayn körpü quraraq revanşa qoşulur, kupon uğrunda yarışırlar.

Tanınmışlar arasında prodüser Tarix Əliyev, aktrisa Pərvin Abıyeva, komediya aktyorları Sabir Samiroğlu, Elcan Rəsulov, Məcid Hüseynov, Həsrət Həsrətov, Mənsur Şərif, Nicat Şakirli (Niko), aparıcı İlham Mirzəyev, model Səmra Hüseynova və başqalarına rast gəlmək olar.

Bəs TikTok canlı yayımından necə pul qazanmaq olar?

İstənilən abunəçi min izləyiciyə sahib olduqdan sonra canlı yayım aça, izləyicilər tərəfindən virtual hədiyyə qəbul edə bilər. Həmin kuponlar TikTokun balansında qorunur və istifadəçi hədiyyələri pula çevirib öz bank kartına köçürə bilir.

Daha çox hədiyyə qazanmaq üçün tanınmış simalar duel-revanşa qoşulur, söhbət və yaxud müzakirə aparır. Onları dəstəkləyən istifadəçilər tərəfindən təyyarə, gül, alov, papaq, eynək, tac, ürək kimi hədiyyələr qəbul edir. Sözügedən hədiyyələrin hər biri müəyyən sayda kuponlardan ibarətdir. Nə qədər çox kupon, o qədər böyük pul deməkdir.

Kuponlar arasında yüksək məbləğ şir hədiyyəsi hesab olunur ki, revanşlarda məşhurlara tez-tez atılır.

Həmçinin, sandıq hədiyyəsi var ki, hesab sahibinə göndərilən zaman canlı yayımı izləyən şəxslər də kupon əldə edə bilir.

Həmin hədiyyələr isə istifadəçilər tərəfindən müəyyən məbləğdə pula TikTok platformasından əldə edilir. Olay.az

  • Pərvin
    Yanvar 28, 2022 - 15:37

    Boş boş şeylərdi

  • Garachanta
    Fevral 1, 2022 - 08:05

    gorun neleri muzakire edir bizim metbuat ……kiminse hec xeberi varmi ki Avropa Ittifaqi Elm ve Tehsil sahesinde 9-cu Cercive Proqramini Elan edib (fondu 89 milyard Yevro, 5 illlik layiheler)….Qafqaz ve kecmis sovet olkelerin demek olar ki hamisi bu proqrama qosulub…Tehsil Nazirliyi deyir ki menim bu proqramdan xeberim yoxdur… gedin AMEA-ya muraciet edin…AMEA-da ise “moyka” acirlar….…Yaziq Milletimin Elmi ve Tehsili…Kimse bu movzuda danismir….demek ki Elmimize xeyanet edibler….hercend bu meqale movzusuna aid olmasa da dusunulesi PROBLEMDIR….elm olduruldu….aglayani yoxdur…Allah Rehmet elesin Elmimize!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*