ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı rəsmiləri səriştəsizlikdə ittiham edib.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
O, hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib: “Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər”.
Tramp əlavə edib ki, minlərlə ecazkar evlər yox olub: “Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Onlara nə olub?”.
KONKRET.az