ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə gecəsi Cənubi Karolina ştatında Respublikaçıların praymerizində qələbəsini qeyd edib.
KONKRET.az xəbər verir ki, o, noyabrda baş tutacaq seçkidə rəqibi, ABŞ-ın hazırkı prezidenti Co Baydenə qalib gələcəyini proqnozlaşdırıb:
“Biz noyabrın 5-də burada olacağıq və Co Baydenin gözünün içinə baxaraq deyəcəyik: “Co, səni işdən çıxardın. Rədd ol. Çıx, Co. İşdən çıxarılmısan””.
Keçmiş ABŞ prezidenti həmçinin Respublikaçılar Partiyasını heç vaxt indiki qədər vahid görmədiyini dilə gətirib.
O, çıxışında Oval Ofisdə kampaniyaya dəstək göstərən Konqres üzvlərinə təşəkkür edib.
Burhan,
KONKRET.az
