“Tramp marşrutu” MDB üçün yeni imkanlar açır – Paşinyanbackend

“Tramp marşrutu” MDB üçün yeni imkanlar açır - Paşinyan

“Tramp marşrutu” MDB üçün yeni imkanlar açır.

KONKRET.az xəbər verir ki, bunu Nikol Paşinyan MDB dövlət başçılarının Tacikistanda keçirilən sammiti zamanı deyib.

Ermənistanın baş naziri qeyd edib ki, Ermənistan “Tramp marşrutu”nda ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə işləyəcək.

Paşinyanın sözlərinə görə, TRIPP yolu layihəsi Ermənistanı MDB üzvü olan Azərbaycan və digər MDB üzvləri ilə dəmir yolu və digər nəqliyyat əlaqələri ilə təmin edir:

“Bu, şübhəsiz ki, MDB çərçivəsində iqtisadi əlaqələrin möhkəmlənməsinə və təşkilatın effektivliyinin artırılmasına töhfə verəcək əhəmiyyətli dəyişiklik və vəziyyətdir”.

Paşinyan əlavə edib ki, layihə MDB ölkələri üçün yeni ixrac və idxal imkanları açır.

Baş nazir Bakı ilə sülh sazişinin paraflanması məsələsinə də toxunub. O qeyd edib ki, qurulan sülh Ermənistanla Azərbaycan arasında gündəmdəki məsələlərin tükənməsi demək deyil:

“Biz hələ də qarşılıqlı ticarət, iqtisadi, siyasi, mədəni əlaqələr yaratmalı, humanitar məsələləri həll etməliyik. Düşmənçiliyin çoxdankı tarixini nəzərə alsaq, bu heç də asan məsələ deyil. Ancaq bərqərar olan sülh bu məsələlərin tədricən öz həllini tapacağına əminlik yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*