Trampın seçkilərdə iştirakına əngəl yoxdur – ABŞ Ali Məhkəməsi qərar verdibackend

Trampın seçkilərdə iştirakına əngəl yoxdur – ABŞ Ali Məhkəməsi qərar verdi

ABŞ Ali Məhkəməsi ayrı-ayrı ştatların Donald Trampı prezidentliyə namizədlikdən kənarlaşdırmaq cəhdlərini qeyri-qanuni sayıb.

KONKRET.az ABŞ mediasına istinadən xəbər verir ki, məhkəmə bununla bağlı qərar qəbul edib.

Məhkəmənin hökmündə bildirilir ki, bu məsələdə səlahiyyət yalnız Konqresə aiddir.

Tramp respublikaçıların əsas namizədlərindən biridir və onun noyabrda keçiriləcək prezident seçkilərində indiki dövlət başçısı Co Baydenin rəqibi olacağı güman edilir.

Eks-prezident Ali Məhkəmənin qərarını “Amerika üçün böyük qələbə” kimi qiymətləndirib. “Siz kimisə yarışdan kənarlaşdıra bilməzsiniz”, – deyə o, əlavə edib.

Qeyd edək ki, Kolorado ştatı 2021-ci ildə Kapitol iğtişaşını qızışdırdığını əsas gətirərək, Trampın respublikaçıların ilkin seçkilərində iştirak etməsinə qadağa qoymuşdu.

Koloradonun dövlət katibi Cina Qrisvold qərardan məyus olduğunu deyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*