Trampla xanımı andiçmə günü Floridaya uçacaqbackend

Trampla xanımı andiçmə günü Floridaya uçacaq

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Cozef Baydenin inauqurasiyası günü Ağ Evi yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 17:00-da-red.) tərk edəcək və Floridaya uçacaq.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Prezident və birinci xanım Ağ Evi səhər saat 08:00-da tərk edəcəklər və Palm-Biçə (Florida ştatı-red.) yollanacaqlar”, – sənəddə deyilir.

Baydeninin inauqurasiya mərasimi yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 21:00-da-red.) planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*