Turan İbrahimov Speys TV-dən getdibackend

Turan İbrahimov Speys TV-dən getdi

Aparıcı Turan İbrahimov Speys Televiziyasından ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə aparıcı öz sosial şəbəkə hesabında yazıb:

“Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım. Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq bu mövsüm Speys TV-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib.

Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm.

Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəxəssisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*