Turan İbrahimovdan iddialı sözlər: “Xəzər TV xeyli zəifləyib və…”backend

Turan İbrahimovdan iddialı sözlər: "Xəzər TV xeyli zəifləyib və..."

“Vaxtı ilə ölkə kanalları arasında birinci və ikinci yerlər uğrunda mübarizə Xəzər TV və ATV arasında gedirdi. Həftənin müəyyən günləri “Xəzər” televiziyası, digər günləri isə ATV telekanalı birinci olurdu”.

KONKRET.az xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov sosial şəbəkədə telekanallar arasında yaranan rəqabətdən danışarkən deyib:

“Son telemövsümdə “Xəzər” televiziyası xeyli geriləyib və artıq ikinciliyini qoruyub saxlamaq uğrunda çalışır. “Xəzər” televiziyasını öndə edən konkret TV simalar idi, Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Tarix (Tolik) Əliyev və müğənnilər Sevil-Sevinc bacıları. Sosial şəbəkələrin və bəzi “mütəxəssislərin”, bəlkə də öz standartlarının tələblərinə uyan “Xəzər”in yeni rəhbərliyi, dostlarımız müxtəlif səbəblərlə adıçəkilən simalarla yollarını ayırdı. Nəticə göz qabağındadır.

Həmin simalar əsasən ARB televiziyasına keçiblər və yaxın aylarda ARB-nin “Xəzər” televiziyasını ikincilikdə də rahat qoymayacağından əminəm. Buradan nəticə çıxır ki, olduqca az tamaşaçı auditoriyası olan yerli televiziyaları tamaşaçıları ilə sosial şəbəkə kontingentinin zövqü daban-dabana ziddir.

Əksər şəxslər adətən real seçimlərini bu virtual məkanda gizlətməklə həm də ikiüzlülük edirlər. Məntiqsiz və qərəzli şəkildə bu reytinq nəticələrini inkar edənlərə isə sözüm odur ki, etməyin-eləməyin. Hələ ki, əlimizdə bu var və kanalların hamısı bu nəticələrlə işləyir. Öklənin televiziya reklam “piroq”u da nəhz bu cədvəllərlə bölünür. Mənzərə belədir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*