Türkiyə ABŞ-ı Ərdoğanı devirmək üçün sui-qəsd hazırlamaqda İTTİHAM ETDİbackend

Türkiyə ABŞ-ı Ərdoğanı devirmək üçün sui-qəsd hazırlamaqda İTTİHAM ETDİ

Türkiyə ABŞ-ı Ərdoğanı devirmək üçün sui-qəsd hazırlamaqda ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Habertürk telekanalının efirində bildirib.

Soylu ABŞ-ı mayın 14-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı vəzifəsindən uzaqlaşdırmaq planlarını həyata keçirməkdə ittiham edib.

“Biz bilirik ki, Türkiyədə dövlət çevrilişi cəhdlərinin arxasında ABŞ dayanıb və edə bilmədiyi çevrilişlərin qisasını almaq istəyir. Həmçinin bilirik ki, onlar 1960-cı illərdən bəri ABŞ-ın Türkiyədə yaratdığı hökumət sistemini məhv etdiyinə görə Ərdoğandan qisas almaq istəyirlər.

ABŞ 1960-cı ildə, 1971-ci və 1980-ci ildə, 28 fevral 1998-ci ildə Türkiyədə dövlət çevrilişləri həyata keçirib. Bundan əlavə, onlar Gəzi parkında (2013-cü ildə İstanbulda) etiraz aksiyalarında iştirak ediblər. Qərb Türkiyənin hakimiyyət orqanlarına nüfuz edib, içəridəki dövlət xadimlərinə nəzarət edib.

Ərdoğan bu sistemi məhv edib, ona görə də onlar bunun qisasını almaq istəyirlər. Çevriliş planlarını hazırlayan ABŞ-dır”, – deyə türkiyəli nazir vurğulayıb.

Soylu Vaşinqtonun Türkiyədə qadağan olunmuş PKK və PKK-dan, FETÖ təşkilatından öz məqsədləri üçün istifadə etdiyini qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*