Türkiyə dənizdə əlini gücləndirir: yeni silah düşmənə aman verməyəcəkbackend

Türkiyə dənizdə əlini gücləndirir: yeni silah düşmənə aman verməyəcək

Türkiyənin döyüş gəmiləri yerli imkanlar hesabına istehsal edilən lazer silah sistemi ilə təchiz ediləcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri xəbər yayıb.

Məlumata görə Türkiyə Müdafiə Sənayesi şirkətləri dəniz platformalarında istifadə ediləcək yerli lazer silahı üçün hərəkətə keçiblər.

Elektromaqnit top və lazer silah sistemi texnologiya inkişaf etdikcə modernləşdirilir. Hazırda bu sistemlərdən ABŞ və Çin kimi bəzi inkişaf etmiş ölkələrin donanmalarında istifadə edilir.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyacları istiqamətində inkişaf etdirilən lazer silah sisteminin “Meteksan Müdafiə” baş podratçısı, ASELSAN və TÜBİTAK əməkdaşlığı çərçivəsində istehsal ediləcəyi deyilir. publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*