Türkiyə-İran sərhəddindəki zəlzələ Naxçıvanın bir neçə rayonunda qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Naxçıvan MR-nın Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunub.
Yerli vaxtla saat 18:58-də qeydə alınan zəlzələ yerin 10 kilometr dərinliyində olub.
19:32
Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən KONKRET.az-a bildirilib ki, Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olunub.
Qeyd edilib ki, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.
