Türkiyə İraqda əməliyyata BAŞLAYIR – Müdafiə naziri ELAN ETDİbackend

Türkiyə İraqda əməliyyata BAŞLAYIR - Müdafiə naziri ELAN ETDİ

“Türkiyə qonşu İraqın şimalında 30 kilometrlik təhlükəsizlik zonası yaradıb”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa planlaşdırılan səfəri ərəfəsində Respublika Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​deyib.

“Artıq 30 kilometrlik təhlükəsizlik xətti yaradılıb. Amma hələ orada etməli olduğumuz bir sıra işlər var”, – deyə Türkiyə mediası Gülərdən sitat gətirir.

Yerli mətbuatın məlumatına görə, Ərdoğanın Bağdada səfərindən sonra Türkiyə ordusu İraqın şimalında geniş sərhəd əməliyyatı keçirə və nəticədə sərhəd bölgələrində 40 km dərinliyə qədər təhlükəsizlik zonası yarada bilər.

“Biz planlar hazırlamışıq və onların icrası üzərində iş davam edir. Bazar ertəsi prezidentimiz İraqda olacaq, uzun illərdən sonra ilk dəfə strateji saziş imzalayacağıq”, – deyə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Söhbət iki ölkə arasında terrorçu Kürdüstan Fəhlə Partiyasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənəddən gedir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*