Türkiyə ordusu İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı bölgəsində daha 5 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada aşağıdakı sözlər yer alıb:
“Nə Suriya, nə də İraqın şimalı terrorçular üçün təhlükəsiz deyil!. İraqın şimalında “Pəncə-kilid” əməliyyatı bölgəsində aşkarlanan daha 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib”.
İqbal Rzayev,
KONKRET.az
