Türkiyə vətəndaşları sadələşdirilmiş prosedur əsasında verilən müvəqqəti viza ilə Yunanıstanın bir neçə adasına gedə biləcəklər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə yeni viza rejimini rəsmən elan edib.
Türklər belə vizalarla bir həftə ərzində Egey dənizində Türkiyə sahillərinə ən yaxın olan 10 adanı ziyarət etmək hüququ qazanacaqlar. Söhbət Kalimnos, Limnos, Leros, Kos, Lesbos, Xios, Samos, Rodos, Simi və Kastellorizo adalarından gedir.
Afina ilə Ankara arasında münasibətlərin istiləşməsinə xidmət edən bu təşəbbüs ötən ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiriakos Mitsotakislə görüşündə müzakirə edilib.
İndiyədək Türkiyədən gələnlər Yunanıstanın İzmirdəki konsulluğuna giriş sənədləri üçün müraciət etmək, sonra təsdiqi gözləmək lazım gəlirdi. İndi türk turistləri adalara gəldikdən sonra sürətli prosedurdan keçə biləcəklər.
Xatirə SADİQ,
KONKRET.az
