Türkmənistanlı fəal Rusiyada yoxa çıxdı – FOTObackend

Türkmənistanlı fəal Rusiyada yoxa çıxdı - FOTO

Türkmənistanlı fəal Malikberdi Allamuradov Rusiyada yoxa çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə Turkmen.news onun dostlarına istinadən yazır.

Onların sözlərinə görə, Allamuradovla 4 gündür əlaqə yoxdur. Dostları onunla birgə işləyən şəxslərlə əlaqə saxlayıb. Allamuradovun yaşadığı ünvanda qan izləri aşkar edilib, müşahidə kameralarının naqilləri kəsilib.

Allamuradov Kalmıkiyada universitetdə oxuyub, lakin son vaxtlar Moskva vilayətində gizlənib. O, Türkmənistana deportasiya olunacağından qorxduğu üçün yaşayış yerini dəyişmək məcburiyyətində qalıb.

Fəal türkmən tələbələrin hüquqlarının müdafiəsi üçün dəfələrlə çıxış edib və türkmən xüsusi xidmət orqanları buna görə onu daim təqib edib. 2021-ci ildə o, Türkmənistan hakimiyyətinin xaricdə təhsil alan tələbələrə pul köçürmələri ilə bağlı məhdudiyyətlərinə qarşı təkbaşına piket keçirib. O həbs edilib və Türkmənistana deportasiya olunmaq üçün hazırlıq görülüb. Lakin məhkəmə ona bəraət qazandırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*