Ucarda qəza oldu – 10 nəfər yaralı varbackend

Ucarda qəza oldu - 10 nəfər yaralı var

Ucar-Zərdab avtomobil yolunun Ucarın Lək kəndindən keçən hissəsində yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan minik avtomobili yola çıxmaq istəyən digər avtomobili vurub. Yol qəzası nəticəsində avtomobillərdə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan 10 nəfər Ucar və Zərdab Rayon Mərkəzi xəstəxanalarına aparılıb.

Fakta bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*