UEFA “Qarabağ”ın futbolçusunu diskvalifikasiya etdibackend

UEFA “Qarabağ”ın futbolçusunu diskvalifikasiya etdi

Avropa Liqasının qrup mərhələsini sonuncu turunda “Hekken”ə qarşı keçirilən qarşılaşmada qırmızı vərəqə alan “Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin cəzası müəyyənləşib.

KONKRET.az xəbər verir ki, UEFA monteneqrolu müdafiəçini bir oyunluq diskvalifikasiya edib.

Müdafiəçi Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirilən oyunu buraxacaq.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*