Ukrayna 103 hərbçini Rusiyaya qaytardıbackend

Ukrayna 103 hərbçini Rusiyaya qaytardı

Kursk ərazisində əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.

KONKRET.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, proses Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutub. Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də vaxtilə Kursk ərazisində əsir götürülüb 103 hərbçi Rusiyaya qaytarılıb.

Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.

Nazirlik hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcəyini də açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*