Britaniya Ukraynaya daha 200 “Brimstone” raketi verəcək – VİDEObackend

Britaniya Ukraynaya daha 200 “Brimstone” raketi verəcək - VİDEO

İngiltərə Ukraynaya daha 200 yüksək dəqiqlikli “Brimstone” raketi verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps məlumat verib.

“Bu gün mən Ukraynaya 200 “Brimstone” tank əleyhinə raketdən ibarət yeni yardım paketini elan edirəm”, – deyə o bildirib.

Şappsın sözlərinə görə, bu tip raketlər artıq cəbhədə vəziyyətə təsir etmək qabiliyyətini nümayiş etdirib.

Bundan əlavə, London NATO müttəfiqləri ilə birlikdə bu ilin birinci yarısında krallıq ərazisində Ukrayna Silahlı Qüvvələrinin 10 min əsgərinə təlim keçəcək.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*