Ukrayna “rus dili imtahanı”ndan azad edildibackend

Ukrayna "rus dili imtahanı"ndan azad edildi

Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmağa hazırlığını qiymətləndirərkən ölkədə rus dili ilə bağlı vəziyyətə diqqət yetirməyəcək.

KONKRET.az xəbər verir ki, adının açıqlanmasını istəməyən bir Avropa rəsmisi Brüsseldə jurnalistlərə açıqlamasında bu məsələnin gündəmə gəlməyəcəyini bildirib.

Şənbə günü, noyabrın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanı Brüssel tərəfindən müəyyən edilmiş 7 islahat meyarının 90%-dən çoxunu yerinə yetirdiyinə görə tərifləyib.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Aleksey Danilov rus dilinin ölkə ərazisindən tamamilə silinməli olduğunu bildirmişdi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*