Ukrayna rusiyalı pilotu 12 il müddətinə azadlıqdan məhrum etdibackend

Ukrayna rusiyalı pilotu 12 il müddətinə azadlıqdan məhrum etdi

Ukrayna məhkəməsi rusiyalı hərbi pilotu 12 il müddətinə azadlıqdan məhrum edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumatı yayıb.

Bildirilib ki, sözügedən pilotun idarə etdiyi təyyarə ötən ilin mart ayının əvvəlində Xarkov yaxınlığında vurulduqdan sonra qəzaya düşüb:

“Rusiya Silahlı Qüvvələrinin pilotu müharibənin qanun və adətlərini pozmaqda təqsirli bilinib”.

Baş Prokurorluq pilotun adını açıqlamasa da, Rusiya hüquq-mühafizə orqanları burada söhbətin mayor Aleksandr Krasnoyarçevdən getdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*