Ukrayna səfiri: “Türkiyə Ukraynadakı müharibə ilə bağlı qeyri-real tezislər irəli sürür”backend

Ukrayna səfiri: "Türkiyə Ukraynadakı müharibə ilə bağlı qeyri-real tezislər irəli sürür"

“Türkiyə Ukraynadakı müharibə ilə bağlı qeyri-real tezislər irəli sürür”.

KONKRET.az xəbər verir ki,  bu barədə Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar brifinq zamanı bildirib.

Türkiyədə Ukraynadakı müharibənin taxıl müqaviləsi sayəsində sülh yolu ilə həllinin mümkünlüyü barədə tezisləri irəli sürürlər.

Səfirin sözlərinə görə, Türkiyədə taxıl sazişi türk diplomatiyasının parlaq qələbəsi kimi təqdim olunur.

“Burada dəfələrlə siqnallar verilib ki, taxıl sazişi Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün daha çox qarşılıqlı anlaşmaya və daha çox ünsiyyətə aparan yol ola bilər. Amma bizim prezidentimizin və digər səlahiyyətlilərin bəyanatlarına görə,  Rus qoşunları tam geri çəkilmədən, atəşkəs olmadan müqavilə olmayacaq.

Bizim üçün bu mövqeyi saxlamaq çox vacibdir və biz bu razılaşmanı sülh danışıqları ilə bağlı heç bir anlayışa bağlamırıq. Bu, cəmiyyətin bir hissəsini çaşdırmaq və göstərmək üçün yanlış bir yoldur, mövcud olmayan tendensiyalar”, – deyə o vurğulayıb.

Bodnar həmçinin bildirib ki, Ukrayna taxılı ilə yüklənmiş gəmilər müqavilə tərəflərindən olan iki nümayəndə tərəfindən yoxlanılır. Yoxlamalar təxminən 1,5 saat davam edir.

“İndi biz gəmilərin yoxlanılması prosedurunu razılaşdırırıq, bundan sonra onların keçidini təşkil edib sürətləndirə biləcəyik. Beləliklə, bir ay ərzində 3 milyon ton taxıl ixracımızın həcminə nail olacağıq”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*