Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Moskva vilayətində yerləşən strateji müdafiə müəssisəsinə dronlarla zərbə endirmək planının qarşısının alıb.
KONKRET.az xəbər verir ki, qurumun məlumatına görə, hücumun hazırlanmasında bloger və rep ifaçısı Kiyevstoner (əsl adı Albert Vasilyev) iştirak edib.
Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti sözügedən müəssisəyə 35 FPV dronu vasitəsilə hücum etməyi planlaşdırıb.
Hücumun icraçısı olduğu bildirilən şəxs saxlanılıb və onun barəsində terror aktı maddəsi ilə cinayət işi açılıb.
FTX həmçinin bildirir ki, əməliyyatın hazırlanmasında iştirak etdiyi iddia olunan iki Moldova vətəndaşı tapşırığı yerinə yetirdikdən sonra Rusiyanı tərk edib.
FTX əməliyyatın təfərrüatları ilə bağlı əlavə məlumat açıqlamayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

