Ukraynada 261 uşaq öldürülübbackend

Ukraynada 261 uşaq öldürülüb

Rusiya hərbçiləri genişmiqyaslı müharibə başlayandan bəri 261 ukraynalı uşağı öldürüblər.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu öz “Telegram” səhifəsində məlumat yayıb.

“2022-ci il iyunun 2-də səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 721 uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 261 uşaq həlak olub, 460 uşaq yaralanıb. Bu rəqəmlər yekun deyil, belə ki, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə bu rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*