Ukraynanın şərqindəki Syeverodonetsk şəhərində jurnalisləri daşıyan avtobus Rusiya ordusunun atəşinə məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Atəş nəticəsində agentliyin iki əməkdaşı yaralanıb, avtobusun sürücüsü həlak olub.
Fotoqraf Aleksandr Ermoçenko və operator Pavel Klimov xəstəxanya aparılıb. Onların həyatlarına risk yoxdur.
Qeyd edək ki, müharibə başlayandan Ukraynada 8 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub.
