Ukraynada nizamlanma Rusiyanın iştirakı olmadan mümkün deyil – Lavrovbackend

Ukraynada nizamlanma Rusiyanın iştirakı olmadan mümkün deyil - Lavrov

Ukrayna böhranının Rusiyanın maraqları nəzərə alınmadan və onun bu prosesdə iştirakı olmadan nizamlanması cəhdləri nəticəsiz qalacaq.

KONKRET.az xəbər verir ki, bunu Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Vanq Yi deyiblər.

“Tərəflər Ukraynadakı mövcud vəziyyəti ətraflı müzakirə edərək, böhranın Rusiyanın maraqlarını nəzərə almadan, daha çox, onun iştirakı olmadan həll etmək cəhdlərinin nəticəsiz olduğunu qeyd ediblər”, – məlumatda bildirilir.

“Lavrov çinli həmkarına  Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfərinin nəticələri barədə danışıb”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib.

“Öz növbəsində Vanq Yi Lavrova ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla son danışıqları barədə məlumat verib”, – məlumatda deyilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*