Ukraynanın bərpası üçün bu qədər vəsait lazımdır – BMT AÇIQLADIbackend

Ukraynanın bərpası üçün bu qədər vəsait lazımdır - BMT AÇIQLADI

BMT-nin hesablamalarına görə, beynəlxalq təşkilatların maliyyə yardımına baxmayaraq, 2023-cü ildə Ukrayna iqtisadiyyatı durğunluq içində olacaq. BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivləri” hesabatına əsasən, hərbi əməliyyatlardan zərər çəkmiş ölkənin infrastrukturunun bərpasına çəkiləcək xərclər də artıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat bunun üçün lazım olan məbləği 411 milyard dollar qiymətləndirib.

Məlumata görə, 2022-ci ildə Ukrayna iqtisadiyyatı sənaye imkanlarının və enerji infrastrukturunun böyük hissəsini (29,1%) itirib.

Qeyd edək ki, martın sonunda Dünya Bankı Ukraynanın bərpası ilə bağlı təxminləri 411 milyard dollara yüksəldib. Mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski hərbi münaqişədən ölkəsinə dəyən ziyanı 400 milyard dollar qiymətləndirib.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Avropa Şurası Ukraynanı bərpa etmək üçün sanksiyaya məruz qalmış Rusiya aktivlərinin ötürülməsi mexanizminin hazırlanmasını tapşırıb. Apreldə Avropa Komissiyası Ukraynaya təzminat ödənilməsi üçün Rusiya aktivlərinin müsadirəsinə icazə verib. 2022-ci ildə Rusiya Bankı bloklanmış aktivləri 300 milyard dollar həcmində qiymətləndirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*