Ukraynanın Vardanyanın Nobel mükafatına namizədliyinə etirazıbackend

Ukraynanın Vardanyanın Nobel mükafatına namizədliyinə etirazı

Ukraynanın xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizəd göstərilməməsi ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər. Bununla bağlı müraciətimizi göndərmişik.

KONKRET.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radanın hakim Xalqın xidmətçisi partiyasından olan deputatı Yuri Kamelçuk bildirib.

“Biz çox yaxşı başa düşürük, o cümlədən Avropa və beynəlxalq ictimaiyyət də gözəl bilir ki, o həm Rusiyanın özündə, həm də digər qonşu dövlətlərin daxilində terroru maliyyələşdirən şəxsdir. Azərbaycanın daxilində də terroru maliyyələşdirib. Ukraynada gedən müharibə zamanı da terroru maliyyələşdirən məhz o olub. Ona görə də bu adam bu mükafata qəti layiq deyil. Vardanyana qarşı sanksiyaların lehinə çıxış edən avropalı deputatlar və ABŞ konqresmenləri də bu haqda danışıblar. Nobel Komitəsi onu birdəfəlik bu namizədlər siyahısından çıxarmalıdır. Burada başqa sözə ehtiyac yoxdur “, – deyə, o, əlavə edib.

Qeyd edək ki, Yuri Kamelçuk də daxil olmaqla Ukrayna Ali Radasının 18 deputatı separatçı Ruben Vardanyanın Nobel mükafatına namizəd olmasına qarşı etiraz müraciəti yayıblar. Onlar bu müraciəti Rada adından Nobel Komitəsinə ünvanlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*