Aİ-nin Qırmızı dənizdəki missiyasında hərbi gəmi çatışmazlığıbackend

Aİ-nin Qırmızı dənizdəki missiyasında hərbi gəmi çatışmazlığı

“Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan “Aspides” adlı missiyasının dəniz əməliyyatının komandanı Vasilios Qriparis Almaniyanın “Spiegel” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ-nin dəniz missiyasında ticarət gəmilərini qorumaq üçün çox az döyüş gəmisi var.

“Hazırda missiyanın sərəncamında üç dəniz gəmisi qalıb. Onlardan istifadə etməklə gündə yalnız dörd yük gəmisi Babül-Məndəb boğazından keçə bilər, lakin effektiv işləmək üçün ən azı on gəmi lazımdır. Yüz günlük missiya ərzində 96 ticarət gəmisi müşayiət olunub, Yəmən husiləri tərəfindən atılan 12 pilotsuz təyyarə və bir raket zərərsizləşdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*