Xoruz döyüşdürən 29 nəfər saxlanıldıbackend

Xoruz döyüşdürən 29 nəfər saxlanıldı

Samsunun Bafra şəhərində Heyvanları, Ətraf Mühiti və Təbiəti Mühafizə Dərnəyinə aid sığınacağa basqın zamanı xoruz döyüşdürən və mərc oynayan 29 nəfər yaxalanıb.

KONKRET.az xəbər verir ki, hadisə zamanı xoruz döyüşdürmək üçün hazırlanmış 2 ədəd rinq və 6 ədəd xoruz daşıyan çanta götürülüb. Sığınacaqda olan 5 hind xoruzu və 1 avstralorp xoruzu da müsadirə edilib.Xoruzlar baytarlıq nəzarətindən sonra aidiyyəti üzrə təhvil verilib.

Şübhəlilərdən Y.T., (47) D.T. (42) və A.Y (38) qumar oynamaq üçün yer və imkan təmin etdiklərinə görə, digər 26 nəfər isə qumar oynadıqlarına görə cinayət məsuliyyətinə cəlb ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*