Panamada ümumi seçkilər başladıbackend

Panamada ümumi seçkilər başladı

Panamada ümumi seçkilər başlayıb, ölkə üzrə 7577 seçki məntəqəsi saat yerli vaxtla 7:00-da açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə X-də Panama Seçki Tribunalının bəyanatında deyilir.

Departament əlavə edib ki, səsvermə hüququna malik 3 milyondan çox panamalı seçkilərdə iştirak edə biləcək.

Seçki komissiyasının xatırlatdığı kimi, ölkə vətəndaşları prezident, 81 mer, Milli Assambleyanın 71 deputatı, Mərkəzi Amerika Parlamentinin (PARLACEN) 20 deputatını seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 16:00-da bağlanacaq və ilk nəticələr yarım saat sonra bəlli olacaq.

2029-cu ilə qədər ölkəyə rəhbərlik edəcək Panamanın növbəti prezidentini respublika vətəndaşları 8 namizəd arasından seçəcək. Qalib sadə səs çoxluğu ilə müəyyən edilir. Yalnız bir dövrə icazə verilir. Seçkilərdə iştirak məcburi deyil, lakin seçki tribunalı seçici fəallığının 80% civarında olacağını proqnozlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*