Ümid var idi ki, əsirlər qayıdacaq – Simonyanbackend

Ümid var idi ki, əsirlər qayıdacaq - Simonyan

Ermənistanın parlament sədrinin müavini Alen Simonyan “hərbi əsirlər” adlandırdıqları terrorçularla bağlı ajiotajdan danışıb.

KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Azərbaycandan əsirlərin qaytarılacağı barədə razılıq olmayıb.

“Sadəcə ümid var idi ki, budəfəki reys özü ilə yaxşı xəbər gətirəcək və biz əsirləri qarşılayacağıq”, – vitse-spiker deyib.

Simonyanın sözlərinə görə, onlar həmişə gözləyirlər ki, bu uçuşlar zamanı əsirlər də gətiriləcək. Vitse-spiker əlavə edib ki, Ermənistanda heç bir yüksək çinli rəsmi şəxs əsirlərin qaytarıldığı bəyanatı ilə çıxış etməyib.

Qeyd edək ki, aprelin 8-də Ermənistanda “əsir”lərin qaytarıldığı barədə ajiotaj yaşanmışdı və xeyli insan aeroporta toplaşmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*