“Ermənistan Azərbaycanın gücü qarşısında dayana bilməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Ünal Atabəy deyib.
Onun sözlərinə görə, Ermənistan sanki intihar edir. Çünki Azərbaycan bu əməliyyatlarda ən müasir silahlardan istifadə edir.
Ekspert deyir ki, “Ermənilər bölgəyə Qərb ölkələrinin sülhməramlılarını gətirmək istəyir. Rəsmi İrəvanın buna nail olacağı mümkün görünmür. Azərbaycan regionda öz sözünü deməyi bacarır. Həm diplomatik, həm də hərbi sahədə getdikcə güclü siyasət həyata keçirir”.
Natiq Səlim,
KONKRET.az