Mingəçevirdə 33 yaşlı şəhər sakini laqonda ilə bədəninin əksər hissəsini yaralayıb.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Cəlil Məmmədquluzadə küçəsi 23, ev 2 ünvanında qeydə alınıb.
Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 1990-cı il təvəllüdlü şəhər sakini Əliyev Azər Yaşar oğlu diqqətsiz və ehtiyatsız davranışı nıticəsində bədəninin müxtəlif nayihələrini doğrayaraq ciddi xəsarət alıb. Ətrafdakıların köməyi ilə yaralı usta xəstəxanaya çatdırılıb.
Ehtiram Muradov,
KONKRET.az
