“Vətən puldur?” – Paşinyan bu şüara görə tənqid olundubackend

 “Vətən puldur?” – Paşinyan bu şüara görə tənqid olundu

“Nikol Paşinyanın erməni kimliyinə qarşı başlatdığı kampaniyanın ilk baxışda görünməyən çox dərin qatları var. O bəyan edir ki, “Vətən dövlətdir”, bu məzmunda plakatlar Ermənistanın küçələrini, kliplər isə televiziyaların efirlərini işğal edib”.

KONKRET.az xəbər verir ki, erməni saytlarından birində dərc olunan yazıda aşağıdakılar qeyd olunub: “O, vergi ödəyicisini dövlətin bir nömrəli qəhrəmanı elan edir. “Vətənini sevirsən, vergini ödəyirsən?” plakatları hər kücədə asılıb. Efirlərdə vaxtaşırı roliklər verilir. Əgər dövlətin bir nömrəli qəhrəmanı vergi ödəyicisidirsə, deməli, dövlətin bir nömrəli prioriteti vergi ödəyicisinin ödədiyi vergidir, puldur, yəni dövlət pulla eyniləşdirilir. Deməli , “Vətən dövlətdir” deyəndə, səbəb-nəticə məntiqi ilə belə çıxır ki, vətən puldur.

İstənilən orta səviyyəli marketoloq bu cür reklam kampaniyalarının ictimai psixologiyaya necə təsir etdiyini nə vaxtsa ətraflı izah edəcək.

Bəli, cənablar! “Vətən dövlətdir”, “bir nömrəli qəhrəman vergi ödəyicisidir”, “dövlətini sevirsən, vergini ödə” şüarları ardıcıl olaraq vətənin və müqəddəs dəyərlərin son nəticədə pul olması fikrini ictimai şüura daxil edir.

Pulun isə məlum olduğu kimi vətəni yoxdur, pulun vətəni pulun artmaq imkanı əldə etdiyi sahədir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*