Vilayət Eyvazov sabiq DYP rəisini İŞDƏN ÇIXARDIbackend

Vilayət Eyvazov sabiq DYP rəisini İŞDƏN ÇIXARDI

Daxili İşlər orqanlarında növbəti dəyişiklik olub.

KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə Baş inspektoru, polis polkovnik-eytenantı Tofiq Quliyev işdən çıxarılaraq, sərəncama götürülüb.

Qeyd edək ki, T.Quliyev bundan öncə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. O, rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasına görə, vəzifəsindən azad olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*