Volodin: Səfərbərliyə formal yanaşmaq olmazbackend

Volodin: Səfərbərliyə formal yanaşmaq olmaz

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, hakimiyyət səfərbərlik şərtlərinin pozulması faktlarına cavab verəcək.

KONKRET.az-ın məlumatına görə, o, əlavə edib ki, buna formal yanaşmaq olmaz, çünki ordunun döyüş qabiliyyəti səfərbərlikdən asılıdır.

“Hər bir işə ayrıca yanaşmaq lazımdır. Səhv olarsa, düzəldilməlidir. Qismən səfərbərliyə formal yanaşmaq olmaz. Silahlı qüvvələrimizin döyüş hazırlığı və xüsusi hərbi əməliyyat tapşırıqlarının həlli onun effektivliyindən asılıdır”, –  deyə Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

Spiker həmçinin səfərbərlik haqqında fərman və qanunların normalarının pozulması barədə məlumat verməyə çağırıb. Onun sözlərinə görə, bütün müraciətlərə cavab veriləcək.

Xatırladaq ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putin bəyan edib ki, ilk növbədə silahlı qüvvələrin sıralarında xidmət edən, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olanlar hərbi xidmətə çağırılacaq. 

Günel Mikayılova, 
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*