Vüsal İsgəndərli Türkiyə klubunda debüt etdibackend

Vüsal İsgəndərli Türkiyə klubunda debüt etdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Boluspor”da debüt edib.

KONKRET.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turda “Adanaspor”a qarşı səfər matçında iştirak edib.

28 yaşlı oyunçu start heyətdə meydana daxil olub və 82-ci dəqiqədə əvəzlənib. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, V.İsgəndərli bu ay “Boluspor”la 1,5 illik müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*