Xaçmazda ağır yol-nəqliyyat hadisəsi – 4 ağır yaralıbackend

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi - 4 ağır yaralı

Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Konkret.az-ın şimal bürosu xəbər verir ki, Bakıdan Xaçmaz istiqamətində hərəkət edən minik avtomobilin sürücüsü idarəetməni itirib. Maşın yol kənarına çıxaraq aşıb. Nəticədə 4 nəfər ağır bədən xəsarəti alıb. Onlar Siracov Ruslan Orucbala oğlu, Kərimova İlhamə Elşən qızı, Əsədullayev Eladi Şəbulla oğlu və Əmirbəyova Tamara Salman qızıdır.

Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Xəstəxanadan aldığımız məlumata görə, onların vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*