Xanımlar mütləq oxusun: Həyat yoldaşı orta yaş böhranı keçirən qadının adlayacağı 9 kabusbackend

Xanımlar mütləq oxusun: Həyat yoldaşı orta yaş böhranı keçirən qadının adlayacağı 9 kabus

Qadınlar  özlərini əvvəlcədən hazır etməlidirlər, orta yaş böhranı keçirən kişi vəhşi heyvandan qorxulu deyil.

 

Hər bir kişi nə vaxtsa Orta Yaş Böhranı adlı bir cəhənnəm mərhələsindən keçir. Daha doğrusu, cəhənnəmdən keçdiyinə özünü inandırır. Əslində isə bu yolu həmin an kişinin yanında olan o bədbəxt qadın keçirir. O qadın Fyodor atanın yoldaşı ya Sofya Andreevna kimi ağıllı, səbirli və dərrakəli olmağa məcburdur.

Əslində isə, Fyodor atanın həyat yoldaşı olub olmamağı isə sənin öz əlindədir. Ancaq kişilərin böhran adlandırdıqları həyat mərhələsinə əvvəlcədən hazır olmaq məsləhətdir.

1.Kədər

Bu gün bazar ertəsi, cümə axşamı, payız olduğu üçün və yaxudda evdə qəhvənin olub olmadığına, qlobal maliyyə böhranı, həyatın uğursuz olduğuna və sairə  xırda məsələyə görə böhran keçirən kişilər səhərdən axşama kimi kədərlənib ağlayıb-sızlayırlar. Baxmayaraq ki, xeyirxahlıq onu özündən çıxardacaq. Yenə də qadın xeyirxah olub aktiv həyat sürməlidir.

2. Əsassız qəzəb

Kədərlənməyəndə də ər qəzəblənəcək. Nəticə etibarı ilə də hirsini ilk növbədə sizə tökəcək. Hətta sənin yaxşı yemək bişirməyin, qözəl rəqs etməyin “düzgün danışmırsan, özünü yaxşı aparmırsan” kimi xırda şeylər onu əsəbləşdirəcək. Həmin anlarda onu asıb öldürmək istəsən belə, birincisi ağır olduguna görə, ikincisi də böhran keçirdiyinə görə bu istəyini həyata keçirdə bilmirsən.

3. Paranoya

Böhran keçirən həyat yoldaşı həyatınızı əsl cəhənnəm əzabına çevirəcək… Ona elə gələcək ki, dünyada baş verən hər şey onu özündən çıxartmaq məqsədi ilə edilir.

4. Küsəyənlik

Vaxt keçdikcə, o, bütün real və xəyali inciklikləri xatırlamağa başlayacaq. Və ortaya birlikdə yaşadığın illər ərzində yığılan bir çox incikliklər çıxacaq. Təəccüblə öyrənəcəksən  ki, 10 il bundan qabaq sən onun sevimli futbolkasını atmısan. Öyrənəcəksən ki, evliliyinizin bütün illərində onu nə vaxtsa Paraşütçü günü münasibətilə təbrik etməyini  gözləyib. Və ən əsası – 2008-ci ildə sən onun sevdiyi albalılı yoqurtunu yemişdin.

5. “Çürük” film

Qəribə musiqi dinləməyə və qəribə filmlərə baxmağa başlayacaq. Siz ailə, komediyalar və detektivlər yerinə 100 dəfə sualtı qayıqlar, hava gəmiləri haqqında eyni sənədli filmə baxacaqsınız.

6 Sоsiopatiya

Qonşularla qalmaqallar, ofisiantlar və satıcılarla davalar və qonşu avtomobillərin sürücüləri ilə müntəzəm davalar adi hala çevriləcək. Məlum olacaq ki, 100 halın 99% -ində qonşu avtomobilin sürücüsü də orta həyat böhranını yaşayır.

7. Aktiv mərhələ

Bir anda qlobal bir şey dəyişdirmək lazım olduğunu bəyan edəcək. Və təbii ki, ilk olaraq sizdən başlayacaq, ancaq bu anda hücumlarını dəf etməyi öyrənəcəksiniz, yerdə qalan məsələlər isə sizin üçün çox mənasız və cüzi görünəcək. Ən yaxşı halda məşuqə tutub ən pis halda isə uzunmüddətli əmanətlərinizi ekstremal turizmə və ya qumar oyunlarına sərf edəcək. Buna dözüb-dözməmək isə sənin qərarındı.

8. Pik nöqtə

Sonunda şübhəsiz ki, o, düzəlməz birşey edəcək. Məsələn, ömrü boyu lazım olmayan işlərlə məşqul olub, əslində isə o parlaq birja brokeridi, veb-dizayner və ən pisi də yazıçıdı.

9. Son akkord

 

Böhran dövranı keçirən kişi səni tərk edə bilər. Lakin o, yuxarıda qeyd olunan bütün mərhələlərin öhdəsindən layiqincə gəlibsə, sən haqlı olaraq, çox güman fikirləşəcəksən ki “Maksim öldü, cəhənnəmə olsun”.

Tərcümə etdi: Leyla Şirməmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*