Xavi azarkeşlərdən üzr istədibackend

Xavi azarkeşlərdən üzr istədi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya Superkubokunun final oyununda “Real”a məğlub (1:4) olduqlarına görə azarkeşlərdən üzr istəyib.

KONKRET.az “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis həlledici qarşılaşmada istədikləri kimi oynamadıqlarını bildirib:

“Bu turnirə böyük ümidlərlə gəlmişdik. Əslində, motivasiyamız da yüksək idi. Amma ən pis oyunumuzu oynadıq. Debüt yaxşı alınmadı, sonradan qol vursaq da, 1:3-dən sonra işimizi ciddi şəkildə çətinləşdi. Madridlilər əks-hücumlarda çox təhlükəli idi, onları dayandıra bilmədik. Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm. Futbolçu karyeramda da çox məğlubiyyətlər yaşamışam, amma sonda istədiyimizə çatmışıq. “Barsa” yenə də güclü qayıdacaq”.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*