Yığmamızın Millətlər Liqasındakı rəqibləri nə vaxt bilinəcək?backend

Yığmamızın Millətlər Liqasındakı rəqibləri nə vaxt bilinəcək?

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasının 2024-25 mövsümünün püşkü atılacaq.

KONKRET.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Azərbaycan yığması püşkatma zamanı C Liqasının 2-ci səbətində yer alacaq.

Yığmamızın potensial rəqibləri bunlardı:

1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq

3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr

4-cü səbət: Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C Liqasının 1-ci səbətində olan Ermənistan millimizə rəqib ola bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*