Yol kənarında avtomobili təmir edən 2 nəfəri maşın vurdubackend

Yol kənarında avtomobili təmir edən 2 nəfəri maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Nizami məqbərəsinin yanında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolun kənarında olan iki nəfəri – 1982-ci il təvəllüdlü Usubov Elxan Səfər oğlunu və Azər adlı şəxsi vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, vurulan piyadalar avtomobilərinin nasaz olması səbəbindən yol kənarında maşını təmir edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*