Bu gün Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendiasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gedəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Ermənistan NATO üzvü kimi Fransa ilə yanaşı Yunanıstanla da hərbi əməkdaşlığı genişləndirmək niyyətini açıqlayıb. İki ölkə arasında hərbi əlaqələr ildən ilə genişlənir. Beynəlxaq təşkilatlarda Rəsmi Afina İrəvanı dəstəkləyən əsas ölkələrdən biri kimi tanınır.
Natiq Səlim,
KONKRET.az
