Zaqatala sakini yıxılaraq xəsarət aldıbackend

Zaqatala sakini yıxılaraq xəsarət aldı

Zaqatalada tövlənin çardağından yıxılan 59 yaşlı kişi ağır xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Qımır kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Həsrət Süleyman oğlu Atayev yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarət alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan H.Atayevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq dalağı çıxarılıb.

H.Atayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*