Zaqatalada sexdə yanğın oldubackend

Zaqatalada sexdə yanğın oldu

Zaqatala rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 150 m² olan mühərrik yağlarının təkrar emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində hər birinin tutumu 120 litr olan 2 ədəd mühərrik yağı ilə dolu çəllək yanıb.

KONKRET.az FHN-in saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi və içərisində 9 ədəd dolu çəllək yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*