Zavodda partlayış oldu: 5 nəfər ÖLDÜbackend

Zavodda partlayış oldu: 5 nəfər ÖLDÜ

Bu gün Çinin şərqindəki Şandun əyalətində “Sinochem” kimya korporasiyasının hidrogen peroksid məhlulu istehsal edən müəssisəsində partlayış baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışın baş verdiyi “Liaocheng” Sənaye İnkişaf Zonası administrasiyasının yaydığı açıqlamaya görə, daha bir nəfər itkin düşüb.

Zərərçəkənə tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*