“Almaniyada denaçifikasiya tamamlanmayıb”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bundesver hərbçiləri arasında Krım körpüsünə mümkün hücumla bağlı sızdırılmış söhbətlə bağlı bildirib.
“Almaniyada denaçifikasiya tamamlanmayıb. Əgər almanlar vəziyyəti dəyişməsələr, Almaniya üçün nəticələr dəhşətli olacaq”.
Zaxarovanın sözlərinə görə, Qərb planlaşdırdığı və böyük ölçüdə həyata keçirdiyi dağıdıcı hərəkətlərə görə cavab verməyə borcludur. O hesab edir ki, Berlin daha çox məsuliyyət daşımalıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
